Azərbaycanla Rusiya arasında dövlət sərhədi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanıb

Azərbaycanla Rusiya arasında dövlət sərhədi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanıb

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə prezidentləri dövlət sərhədi haqqında müqavilə imzalayıblar. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, müqaviləni tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb. Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə "Qazprom"a satılan təbii qazın həcmi artırılacaq.

 

Tərəflər Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə