«Yeni Azərbaycan» qəzeti layihəsinin icrasına başlayıb

«Yeni Azərbaycan» qəzeti layihəsinin icrasına başlayıb

"Yeni Azərbaycan" qəzeti KİVDF-nin maliyyə dəstəyilə "Qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi üçün dövlətin həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə təbliği" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində qarşıya qoyulmuş məsələ ilə bağlı dövlətin gördüyü işlərlə əlaqədar konfranslar keçiriləcək, materiallar dərc olunacaq və s.

Qeyd edək ki, bu günə qədər bu sahə üzrə dövlətin gördüyü işləri beynəlxalq səviyyədə təbliğ etmək istiqamətində müəyyən işlər görülsə də, bu arzuolunan səviyyədə olmayıb. Əgər KİV-lər müxtəlif orqanlarla, xarici ölkələrin mətbuat vasitətlərilə düzgün istiqamətdə iş qursalar, vaxtlı-vaxtında bu işlərlə bağlı həm yerli, həm də qlobal səviyyəli media vasitələrinə informasiya ötürsələr, dünya ictimaiyyətinin Ermənistanın təcavüzkar, Azərbaycanın isə haqlı mövqeyi barədə konkret fikri yaranmış olar.

Bu baxımdan da, həm Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin, həm də Ermənistanın törətdiyi vəhşiliklər barədə şahid fikirlərinin beynəlxalq səviyyədə təbliğata ehtiyacı yaranır. "Yeni Azərbaycan" qəzeti icrasına başladığı layihənin məqsədi də məhz, qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi üçün həyata keçirilən işlərin təbliği, fəaliyyət subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində informasiya-məlumat təminatının təşkil edilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə