Türkiyədə “Qarabağ-suallar və gerçəklər” kitabı nəşr edilib

Azərbyacan Milli Elmlər Akademiyasının (AMEA) alimləri tərəfindən Türkiyədə "Qarabağ-suallar və gerçəklər" kitabı nəşr edilib. SİA-nın xəbərinə görə, kitab tarixi lmi xarakter daşımaqla beş bölmədən ibarətdir. "Karabağ tarihi" adlanan birinci bölmədə prof. Yaqub Mahmudov və Kərim Şükürovun Qarabağ tarixilə bağlı araşdırmaları əksini tapıb.

"Karabağ’ın maddi - manevi kültürü" adlı ikinci bölmədə AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyevin Qarabağdakı maddi memarlıq abidələri haqqında böyük bir məqaləsi yer alıb.

"Ermenistan - Azerbaycan, Yukarı Karabağ ihtilafının hukuki yönleri" adlı üçüncü bölmədə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Kriminalogiya kafedrasının müdiri prof. Kamil Səlimovun Qarabağ münaqişəsinin hüquqi yönləri ilə bağlı araşdırması yer alıb. "Yukarı Karabağ ihtilafında Ermenistan’ın uluslararası hukuku çiğnediği durumlar" adlı dördüncü bölmədə Bakının Suraxanı rayon məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Universitetinin professoru Vəfaəddin İbayevin Ermənistanın beynəlxalq qanunları pozması haqqında məlumatlarla zəngin məqaləsi öz əksini tapıb. "Ermenistan - Azerbaycan, yukarı Karabağ ihtilafı ve bilimsel yönleri" adlı beşinci və sonuncu bölmədə isə politoloq Fuad Həsənoğlunun Qarabağ münaqişəsinin yaranmasının tarixi kökləri və müxtəlif siyasi maraqların kəsişmə nöqtəsi olması haqqında məqaləsi yer alıb.

Kitab Türkiyə türkcəsində, İstanbulda nəşr edilib. Kitabın türkcə nəşr edilməsinin səbəbi əsasən Türkiyə oxucusu üçün nəzərdə tutulmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə