Bakıda ağac qırılaraq 3 avtomobili yararsız hala saldı - FOTOSLAYD
Bu gün Bakı şəhərində əsən güclü külək paytaxt sakinlərinə xeyli ziyan vurub. SİA-nın məlumatına görə, Səbail rayonun Nizami küçəsində küləyin təsirinə dözə bilməyən nəhəng ağacın bir hissəsi qırılaraq dayanacaqda olan avtomobillərin üzərinə düşüb. Nəticədə üç minik avtomobili tamamilə yararsız hala düşüb. Xoşbəxlikdən həmin ərazidə və avtomobillərin içərisində insan olmayıb. Belə ki, AZ 90-CJ-511 dövlət qeydiyyat nişanlı "Hunday Sonata" markalı avtomobilin ön hissəsi, AZ 10-SA-062 dövlət qeydiyyat nişanlı "VAZ 21 07" markalı avtomobilin və AZ 10-DD-050 "Mersedes ML 380" markalı avtomobilin arxa hissəsi əzilib.
"Hunday Sonata" və "Mersedes ML 380" markalı avtomobillərin sığortası olsa da, "VAZ 21 07" markalı avtomobilin sığortası olmayıb.
Redaksiyamıza daxil olan məlumatlara görə, belə hadisələr Bakı şəhərinin bir neçə yerində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB