Nar Mobile 1 sentyabr 2010-cu il tarixindən etibarən "Nar Mobile-la Səsiniz Hər Yerdə Eşidilsin!" kampaniyasına start verir. SİA-nın məlumatına görə, kampaniyanın məqsədi Nar Mobile-ın yüksək keyfiyyətli şəbəkəyə, Azərbaycanın ərazisinin 80%-nə çatan əhatə dairəsinə malik olması və etibarlı rabitə xidmətləri görsətməsini əhaliyə çatdırmarqdır.
2009-2010-cu illər ərzində NarMobile mobil operatoru Azərbaycan üzrə əhatə zonasını əhəmiyyətli dərəcədə artırıb. Azerfon İdarə Heyətinin Sədri Cüneyt Türktan: "Azərbaycanın hətta ucqar güşələrində NarMobile şəbəkəsinin yüksək keyfiyyətli fəaliyyəti şirkətimizin böyük uğurudur. Əhatə dairəsinin genişlənməsinə yönəlmiş bütün işlərin tam həcmdə reallaşdırılması nəticəsində Nar Mobile Azərbaycanın bütün hissələrində fasiləsiz rabitə imkanı yaradır".
Şəbəkənin səmərəli optimallaşdırılması sayəsində 2010-cu ilin yayında NarMobile selə məruz qalmış rayonları fasiləsiz rabitə ilə təmin edib. Kür-Araz ovalığı zonasında NarMobile-ın operativ səyyar texniki briqadalarının birgə səyləri ilə baza stansiyaların fasiləsiz fəaliyyətinə nail olunub. Görülən tədbirlər seldən zərər çəkən abunəçilərə qohumları və yaxınları ilə daim ünsiyyətdə olmaq, FHN (Fövqəladə Hallar Nazirliyinin) xilasetmə xidmətinə isə işini effektiv tərzdə əlaqələndirmək və dəyişən vəziyyətə operativ cavab vermək imkanını verib.
ONS şirkətinin Azərbaycanın mobil rabitə bazarında apardığı araşdırmaların nəticələrinə əsasən Nar Mobile səs və şəbəkə keyfiyyətinə görə birinci yeri tutub.
24-28 avqust tarixlərində NarMobile və İdmanın ekstremal növləri üzrə Federasiyası tərəfindən Azərbaycanın ən yüksək, dəniz səviyyəsindən 4466 m hündürlüyündə yerləşən Bazardüzü zirvəsinə yürüş keçirilib.
Quraşdırılmış stansiyaların sayəsində Nar Mobile-ın əhatə dairəsi alpinistlərin yaxınları ilə daim ünsiyyətdə olmasını təmin edirdi. Zəngin mədəni irsi müasirliklə birləşdirərək, özündə təzahür etdirən NarMobile mobil operatoru 2007-ci ildə fəaliyyətə başlayıb. Bu günə NarMobile şəbəkəsindən 1 500 000 qədər abunə istifadə edir və bu rəqəm günbəgün artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB