Gəncənin unudulmuş bəyləri- Araşdırma

Gəncənin unudulmuş bəyləri- Araşdırma

Bu gün Gəncədəki idarə və müəssisələrin bir çoxu şəhərin keçmiş bəylərinə məxsus evlərdə yerləşir. Ümumiyyətlə, Gəncədə vaxtilə bu şəhərdə yaşamış bəylərə məxsus evləri addımbaşı görmək mümkündür. Ancaq nədənsə ilk müstəqillik dönəmində milli ideologiyaların təbliği ilə məşğul olan görkəmli şəxsiyyətlərin vaxtıilə yaşadıqları evlərin önünə, divarlarına bu şəxsiyyətlər barəsində heç bir xatirə lövhəsi və ya hər hansı məlumatverici lövhə vurulmayıb.

 

Çoxlarına məlumdur ki, 1937-ci ilin represiya dönəmində Mirzə Şəfi, Ələkbər Bəy Rəfibəyli, Bala Məşədi, Əsgər Ağa Gorani və digər şəxsiyyətlər sürgün edilsə də, onların yaşadıqları evlər qalıb. Azərbacyan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin korpusu olan binada vaxtı ilə erməni daşnaqlarına qarşı döyüşlərdə ad çıxarmış Bala Məşədi adlı gəncəli yaşayıb. Bundan əlavə Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binasında Ələkbər Bəy Rəfibəyli, Hərbi Hospital və Dəri Zöhrəvi Xəstəxanasının binasında İsmayıl bəy kimi şəxsiyyətlər yaşayıb. Bu siyahını uzatmaqda olar.

 

Onu da qeyd edək ki, hazırda baralyefləri vurulan azadlıq çarçılarımız da var. Ancaq onlar da artıq yenilənməlidir. Bu şəxsiyyətlərdən nişanə olan tikililər barədə ətraflı məlumatların olmamasını tarix elimləri namizədi Samir Pişnamazzadə də təsdiq edib. Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova SİA-nın bölgə müxbirinə baralyeflərin sözügedən qurumun balansına aid olmadığnı, yaranan vəziyyətə ancaq Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəsmilərinin aydınlıq gətirə biləcəyini bildirib. İdarənin rəisi Abid Əliyevi isə Gəncə şəhərində axtarsaq da tapa bilmədik.

 

Bir həqiqəti də dilə gətirməyi özümüzə borc bilirik. Yerli qurumların bu cür təbliğat vaistələrinə biganə münasibəti gənc nəsilin tarixmiz və görkəmli şəxsiyyətlər haqqında məlumatsız qalmasına səbəb olur. Keçmişini, tarixini bilməyən gəncliyin isə gələcəyi qaranlıqdır.  

Bütün xəbərlər Facebook səhifəmizdə