Nailə Rzaquliyeva: “Bağçalar tam gücü ilə işləsə belə cəmi 52 min uşaq qəbul edə bilərik” - Açıqlama
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb tikilib. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva məlumat verib. O bildirib ki, bu proqramlar çərçivəsində həmçinin 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunub müasir avadanlıqlarla təmin edilib, 8 uşaq bağçasında bərpa işləri aparılıb.
O bildirib ki, məktəbəqədər təhsil müəssisələri təhsil prosesinin bünövrəsi olduğu üçün daha çox diqqət və qayğı tələb edir. N.Rzaquliyevanın sözlərinə görə, BŞTİ-nin tabeçiliyində olan 309 məktəbəqədər tərbiyə müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni müəssisələrin tikilib istifadəyə verilməsi, bu müəssisələrin əyani vasitələrlə təmin olunması, tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və digər bu kimi işlər sahəsində müvafiq işlər görülür.
"Ancaq yer problemini tamamilə həll edə bilmirik. Bağça otaqlarının 700-də məcburi köçkünlərin məskunlaşması, 271 otaqdan təyinatı üzrə istifadə olunmaması problemlər yaradır. Həmin otaqların hamısı bizə qaytarılsa və bütün bağçalar tam gücü ilə işləsə belə cəmi 52 min uşaq qəbul edə bilərik. Bu isə paytaxt üzrə bağça yaşlıların təxminən 50 faizi deməkdir. Qanun isə uşaqların bağçaya cəlb olunmasını tələb edir. Bu problemlərin həllində çıxış yolu özəl məktəbəqədər tərbiyə müəssisələrinin yaradılmasındadır. Dünya təcrübəsinə əsaslanaraq bu problem özəl uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi hesabına həll edilə bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB