Ermənilər yenidən Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənilər yenidən Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 10.30-dan 11.30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 3-də saat 00.20-dən 00.45-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə