Əfqanıstan prezidenti Həmid Kərzai yazılı açıqlamada, hücumu qınayaraq parlament seçkilərinin bir namizədini dəstəkləyənləri daşıyan 3 avtomobilə təşkil edilən hava hücumunda 10 insanın öldüyünü bildirib.
SİA-nın məlumatına görə, Kərzai "terrorla mübarizə çərçivəsində demokratiya tərəfdarlarının terrorçulardan ayırd edilməsinin vacib olduğunu" vurğulayıb.
Kərzainin açıqlamasından qısa müddət əvvəl yerli rəsmilər NATO-nu Tekhar vilayətindəki hava hücumunda 10 vətəndaşı öldürməklə günahlandıraraq, 18 Sentyabrdakı parlament seçkilərinin namizədlərindən Abdülvahid Hurasaninin kortejinin NATO-ya bağlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) aid vertolyotlar və döyüş təyyarələri tərəfindən hədəf alındığını söyləyiblər.
ISAF isə etdiyi şərhdə, "bu iddialardan xəbərdar olduqlarını və hadisənin araşdırıldığını" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB