Rusiya Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlib. SİA-nın məlumatına görə, Rusiya dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Dmitri Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB