Odessada ulu öndər Heydər Əliyevin abidəsi ucaldılacaq

Odessada ulu öndər Heydər Əliyevin abidəsi ucaldılacaq

Odessada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq. Bu barədə Odessanın meri Eduard Qurvitsin Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə söhbətində bildirilib.

SİA-nın məlumatına görə, "Heydər Əliyevin abidəsinin ucaldılması məsələsini nəzərdən keçirmişik. Azərbaycan diasporu şəhərimizin inkişafı üçün çox işlər görür. Abidənin şəhərin hansı rayonunda və nə vaxt ucaldılması məsələləri dəqiqləşdirilir", - Odessa meri deyib. "Odessa ilə qardaşlaşmış şəhərlər arasında Bakını görməyə çox şad olardıq", - Qurvits vurğulayıb.

Azərbaycanın Ukraynadakı səfiri Odessada şəhər günü şənliklərində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə