Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri başlayıb
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB