"İRƏLİ" İctimai Birliyinin layihəsi əsasında təşkil olunan Media Akademiyasında növbəti təlim "M Group Production"un rəhbəri, tanınmış teleaparıcı Murad Dadaşov tərəfindən keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, M. Dadaşov təlim zamanı tələbələrə televiziya aparıcılığından və prodakşn fəaliyyətindən bəhs edib. Həmçinin Media Akademiya tələbələrinə çəkilişləri hələ başlamayan serialından da danışan teleaparıcı teleməkanda mövcud olan uğurlu və uğursuz verilişlərdən, aparıcılardan söhbət açıb. M. Dadaşov serialın ssenarinin hazır olduğunu , çəkilişlərə yaxın zamanda başlayacaqlarını bildirib.
Media Akademiyası tələbələrinin televerilişlərlə bağlı ünvanladıqları sualları cavablandıran M. Dadaşov əsas etibarı ilə bu sahəyə gələcək jurnalistlərin obyektiv olmalı olduqlarını bildirib.
Akademiyanın digər qonağı Vüsal Quliyev tələbələrə "KİV-in seçkilər zamanı fəaliyyəti" mövzusunda təlim keçib. Tələbələrlə diskussiya şəraitində keçən təlimdə Vüsal Quliyev həmçinin onları maraqlandıran suallara da cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB