Azərbaycan Müdafiə Nazirliyi: “Erməni mətbuatı dezinformasiya yaymaqla məşğuldur”
"Tərtər istiqamətində ermənilərin hücumu zamanı Azərbaycanın iki əsgəri şəhid olub. Erməni mətbuatında yer alan xəbərlərin heç bir əsası yoxdur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib. Onun sözlərinə görə, əksinə Erməni tərəfi böyük itki versə də bunu gizlədir: "Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən itki verərək geri oturtdurulub. Erməni tərəfdən ölənlərin sayı çoxdur lakin ermənilər bunu gizlədir".
Qeyd edək ki, Avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri – Əmirov Vüqar Əmirəli oğlu (1991-ci il təvəllüdlü, İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991-ci il təvəllüdlü, Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB