RRB beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 23-cü iclası keçiriləcək
7-9 sentyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə işçi qrupunun 4-cü iclası Regional Rabitə Birliyinin (RRB) beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 23-cü iclası keçiriləcək.
Dövlət Radiotezliklər İdarəsindən SİA-ya verilən xəbərə görə, gündəliyin əsas məsələlərinə 2010-cu ildə BTİ-nin elektrorabitənin inkişafı barədə Beynəlxalq Konfransının nəticələrinin müzakirəsi (ÜRK-10), BTİ-nin 2010-cu ildə gözlənilən Tamhüquqlu Konfransına və BTİ-nin 2012-ci il formalarına (elektrorabitənin stansartlaşdırılması barədə Ümumdünya Assambleyası və beynəlxalq elektrorabitə üzrə Ümumdünya Konfransı) hazırlıq barədə Zonalararası əməkdaşlığın işində ortaya çıxan sualların müzakirəsi aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB