YAP Nizami rayon Təşkilatının qərargahında bu il seçki hüququ qazanmış gənclərlə görüş keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon Təşkilatının qərargahında 18 yaşı tamam olan, seçki hüququ qazanan gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, YAP-ın icra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP-ın ağsaqqalı Kərim Kərimov, YAP-ın Nizami rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakının 11 rayonundan gələn gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov yaxın zamanda partiyanın sıralarına qoşulacaq gəncləri salamlayaraq onlara YAP-la əlaqələrini genişləndirməyi, partiya qəragahlarında olmağı, gənclər arasında fikir mübadiləri, diskussiyalar aparmağı tövsiyə edib. YAP-ın 520 mindən çox üzvü olduğunu deyən Ə.Əhmədov bildirib ki, Azərbaycan tarixində indiyə qədər bu qədər üzvü olan partiya olmayıb. Onun sözlərinə görə, YAP-ın üzvlərinin 40 faizini gənclər təşkil etdiyinə görə partiyanı gənclərin partiyası adlandırmaq olar. Partiyanın gənclərə olan qayğısından danışan Ə.Əhmədov deyib ki, YAP bundan sonra da gənclərə imkanı daxilində hərtərəfli şərait yaradacaq. Daha sonra ötən il ölkəmizdə keçirilən bələdiyyə seçkilərində gənclərin fəallığına da toxunan YAP icra katibi bildirib ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində uğur qazanan gənclərin sayı 2, 2.5 faiz idisə, 2009-cu ildə bu göstərici 27 faizə qədər qalxıb.
"YAP gənclər qolu vasitəsilə hər bir gəncə ictimai-siyasi həyatda iştirak etmək imkanı yaradır. Azərbaycanda nə edilirsə, gələcəyimiz üçün edilir. Ölkəmizin çiçəklənməsi, qüdrətlənməsi, gələcəyimiz üçündür. Bizim gələcəyimiz isə siz gənclərsiniz. Noyabr ayında ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bu seçkidə ilk dəfə iştirak etdiyinizə görə, bu siz gənclər üçün əhəmiyyətli olacaq. YAP bütün seçkilərdə qalib gəlib. Bunun da əsas səbəbi ümummilli lider Heydər Əliyevin, onun davamçısı Prezident İlham Əliyevin, YAP-ın siyasətinin insanlar tərəfindən dəyərləndirilməsi və bu siyasətə inamlarıdır. Biz bu seçkidə də inanırıq ki, Azərbaycan vətəndaşı YAP-ı dəstəkləyəcək. Xüsusən də gənclərin YAP-ı dəstəkləsi üçün ciddi əsasları var. Partiyanın gənc üzvü olaraq siz YAP-ın siyasəti, marağı, hədəfləri ilə bağlı diskussiya aparmalı ətrafınızdakılara YAP-ın mövqeyini ifadə etməlisiniz. İnanıram ki, partiyanın üzvü olan gənclər seçki məntəqəsinə gəlməklə kifayətlənməyəcək, ətrafdakılarını YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə inandıracaq, partiyamızın uğur qazanması üçün əlindən gələni edəcəksiniz. Bu bizim sizdən olan gözləntilərimizdir", - deyə Ə.Əhmədov qeyd edib.
Tədbirin davanda söz Bakının müxtəlif rayonları və ali məktəblərini təmsil edən gənclərə verilib. Mərasimdə Ukraynada Heydər Əliyev adına Akademiyanın tələbəsi Gülmirə Əbdürrəhmanova, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Aydın Quliyev, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Şəbnəm Əhmədova, Koorperasiya Universitetinin tələbəsi Həmidağa Əliyev, dünya çempionu, İqtisad Universitetinin tələbəsi Ceyhun Xaliqi YAP-ın gənclərə olan diqqəti, yarandığı gündən indiyə qədər keçdiyi inkişaf yolu, ölkəmizin müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərlə bağlı çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB