Azərbaycan Prezidenti Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Liviya İnqilabının lideri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafiyə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
SİA-nın məlumatına görə, məktubda deyilir: "Milli bayramınız - Böyük inqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev əl-Qəzzafiyə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Liviya xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB