ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvanda olub

ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvanda olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorellə görüşüb. SİA-nın məlumatına görə, Ali Məclisin sədri səfirlə görüşündən məmnunluğunu ifadə etmiş, ötən dövrdə birgə fəaliyyətin hər iki tərəfin maraqlarına uyğun olduğunu, həyata keçirilən layihələrin fayda verdiyini bildirmiş, belə görüşlərin, müzakirələrin qarşılıqlı əlaqələrin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb.

Səfir Cankorel ATƏT-in Bakı ofisinin fəaliyyət istiqamətləri barədə məlumat vermiş, səmimi görüşə görə minnətdarlığını bildirib.

Görüşdə ATƏT ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq, Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq, qanunun aliliyi, cəmiyyət dəstəkli polis işi ilə əlaqədar məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə