"XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda Samux rayonunda zona müşavirəsi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da qatıldığı tədbirdə məişət və ailədaxili zorakılığa qarşı mübarizənin vacibliyindən danışılıb.
Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas məsələlərdən biri ailədə zorakılığın qarşısının alınmasıdır. Artıq milli məclisdə ailə zorakılığına qarşı qanunun qəbul edilməsi də müzakirə olunub. Bununla yanaşı komitə qadınların və uşaqların hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub.
Hicran Hüseynova onu da bildirib ki, gələcəkdə bölgələrdə ailə dəstək mərkəzlərinin də yaradılması vacibdir. Yığıncaqda qızların erkən yaşlarda ailə həyatı qurmasından sonra yaşanan problemlərdən də bəhs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB