Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Osman Gündüzün şərhini təkzib etdi
Son günlərdə ayrı-arı mətbuat orqanlarında antivirus proqramları istehsalçısı olan AVG şirkətinin internetdən istifadə təhlükəsizliyi üzrə hesabatı ilə bağlı qərəzli fikirlər yer alıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Azadlıq" qəzetinin 26.08.2010 tarixli sayında "Ölkədə internet məkanının təhlükəsizliyi niyə qorunmur" adlı məqaləsində ekspert qismində cəlb olunmuş Osman Gündüz bu məsələnin mahiyyətinə varmayan şərhlər verib. Nazirlikdən verilən məlumata görə, bu hesabat əslində şirkətin öz antivirus proqram təminatının təbliğinə yönəlib. Belə ki, hesabatın məlumat mənbəyi kimi 144 ölkədə 100 milyondan çox istifadəçilərin fərdi kompüterlərinə quraşdırılan AVG proqramları tərəfindən aşkarlananvə qarşısı alınan virus hücumlarının statistikası istifadə edilib.
Bu səbəbdən ölkələr üzrə qeyd olunan rəqəmlər əslində virus təhlükəsi ilə bağlı real vəziyyətin deyil, məhz şirkətin proqram təminatının həmin ölkədə az yayılmasının göstəricisidir, çünki istifadəçilər tərəfindən digər şirkətlərin də antivirus proqramları istifadə edilir. Digər bir təzadlı məqam isə ondan ibarətdir ki, bölgələr üzrə Afrikanın Avropa, Şimali Amerika və Şərqi Asiyanı üstələməsi, hətta təhlükəsiz ölkələrin ilk onluğunda 7-sinin Afrikadan olmasıdır. Məsələn, internetdən virus hücumuna məruz qalan istifadəçilərin sayı Zambiyada 262 nəfərdən biri, ABŞ-da isə 48 nəfərdən biri olması heç də ABŞ istifadəçilərinin informasiya təhlükəsizliyi məsələlərinə diqqətinin Zambiyadakından aşağı olması demək deyildir. Əslində internet istifadəçilərin virus hücumuna məruz qalması bir çox amillərlə, məsələn, cəmiyyətdə internetin və müxtəlif texnologiyaların yayılma səviyyəsi, istifadəçilərin gündəlik istifadə fəallığı, onların maraq dairəsi və internetdən düzgün istifadə etmə səviyyəsi ilə bağlıdır. Bu səbəblərdən hər hansı ölkədə internetin inkişaf səviyyəsi aşağıdırsa, yüksəksürətli internetdən istifadə imkanı zəifdirsə, təbii ki, istifadəçilərin virus hücumuna məruz qalma ehtimalı da aşağıdır və internetdən istifadə dairəsi (məsələn, musiqi, videokliplər, filmlər yükləmə) də məhduddur.
Bu baxımdan 239.9 milyon (əhalinin 77.3%-i) internet istifadəçisi, o cümlədən 85.2 milyon genişzolaqlı internet istifadəçisi olan ABŞ ilə 700000 (əhalinin 5.9%-i) internet istifadəçisi və onlardan yalnız 6000-nin genişzolaqlı internet abunəçisi olan Zambiyanın müqayisə edilməsi və Zambiyada bu sahədə vəziyyətin daha yaxşı olması məntiqli deyildir. Ümumilikdə hesabat internet mühitində virusların çox olmasının və internetlə işləyərkən kompüterlərin antivirus proqramları ilə təchiz edilməsinin vacibliyinin vurğulanması baxımından ciddi sayıla bilər. Bunlara baxmayaraq məqalədə hətta faktlar belə təhrif edilərək, ölkəmizin guya Ermənistandan geri qaldığı bildirilir. Əslində isə hesabatda ölkəmizin göstəricilərinin Ermənistandan yuxarı (Azərbaycanda 39, Ermənistanda isə 70% daha çox, yəni hər 24 istifadəçidən biri virus hücumuna məruz qalır) olduğu göstərilir.
Məqalədə həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılan addımlara da ekspert tərəfindən ziddiyyətli və yanlış münasibət bildirilir. Bildiririk ki, RİTN beynəlxalq təcrübəyə əsaslanaraq dünyanın əksər ölkələrində mövcud olan və əsasən informasiya təhlükəsizliyi məsələləri üzrə cəmiyyəti məlumatlandırma, təlimatlandırma, zəruri hallarda isə könüllü müraciətlərə əsasən əməli yardım göstərmə kimi vəzifələri yerinə yetirən milli qurumun yaradılması təklifini irəli sürüb. Bu təklifdə kiminsə kompüterlərinə müdaxilə və sair qanunazidd fəaliyyət nəzərdə tutulmayıb. Qeyd edək ki, ölkəmizdə mövcud elmi və təhsil şəbəkələrinin informasiya təhlükəsizliyinin qorunması üçün artıq analoji sahəvi qurumlar yaradılıb. Ölkəmizin "Kibercinayətlər üzrə" Avropa Konvensiyasına qoşulmasını nəzərə alaraq, bu addımlar zəruridir.
Qeyd edək ki, ölkəmizdə son illərdə telekommunikasiya sahəsində qabaqcıl texnologiyaların (simli, simsiz, mobil, genişzolaqlı) tətbiq edilməsi, internet qiymətlərinin aşağı salınması , internet istifadəçilərinin sayının çoxalması müşahidə olunur. Hazırda əhalinin 41%-dən çoxu müxtəlif texnologiyalar vasitəsilə internetdən istifadə edirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən regionlarda mütəmadi keçirilən təlim kurslarında, seminarlarda informasiya təhlükəsizliyi ilə əlaqədar məlumatlar verilir. 2010-2012-ci illəri əhatə edən "Elektron Azərbaycan" Dövlət Proqramında, "Elektron hökumətin" formalaşdırılması üzrə Fəaliyyət Proqramında informasiya təhlükəsizliyi, əhalinin kompüter savadlığının artırılması üçün xüsusi tədbirlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB