Bu gün dünyada Bloq Günü qeyd olunur

2005-ci ildən etibarən 31 avqust tarixi dünyada Bloq Günü (BlogDay) kimi qeyd olunur. SİA-nın verdiyi xəbərə görə, Qərbdə yaradılan bu bayram hələlik elə də populyar deyil, lakin buna baxmayaraq ildən-ilə daha çox internet istifadəçisi bu tarix haqqında öyrənir və bloqqerləri təbrik edir.

BlogDay bayramının əsas məqsədi ondan ibarətdir ki, bloqqerlərin heç olmasa bir günü olmalıdır ki, həmin günü onlar müxtəlif ölkələrdən və müxtəlif fikirli həmkarları ilə tanışlığa həsr etsinlər. Bu gündə bloqqerlər öz oxuyucularına bir-birləri haqqında məlumat verə bilir. Hər bir bloqqer öz yazısında 5 müxtəlif tematikalı bloqa istinad verir.
Bayramın məhz avqustun 31-də qeyd olunmasına isə Blog sözünün 3108 rəqəmi ilə yazılışlarında oxşarlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...