Kabilldə partlayış nəticəsində səfir yaralanıb

Kabilldə partlayış nəticəsində səfir yaralanıb

Əfqanıstanın Kabil şəhərində törədilmiş partlayış nəticəsində İranın bu ölkədəki səfiri Məhəmməd Reza Bəhrami yaralanıb. SİA-nın verdiyi məlumata görə, digər diplomatların xəsarət almadığı bildirilir. Əfqanıstan Səhiyyə Nazirliyi Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayının 90-a çatdığını qeyd edib.

Xatırladaq ki, bu gün səhər Əfqanıstan paytaxtı Kabildəki Almaniya səfirliyi yaxınlığında güclü partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə