Komislllsiya SİA-da iclas keçirdi

Komislllsiya SİA-da iclas keçirdi

Bu gün "Səs" qəzetinin redaksiyasında 22 iyul – Azərbaycan Milli Mətbuatının 142-ci ildönümündə jurnalistlər üçün inşa edilmiş yeni binadan mənzil almağa "Səs" İnformasiya Agentliyi (SİA) tərəfindən namizəd olan əməkdaşların təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, bununla bağlı keçirilən iclasda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfərli, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, komissiyanın üzvləri - Mətbuat Şurasının sədri Əflatun Amaşov və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iştirak edib.

Protokola uyğun olaraq iclasın sədrinin və katibinin seçilməsi təklif olunub. "Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev iclasın sədri, redaktoru İsmayıl Quliyev isə iclasın katibi seçilib.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, 2013-cü ildə Azərbaycan Milli Mətbuatının 138-ci ildönümü münasibətilə cənab Prezidentin xüsusi sərəncamı ilə jurnalistlər üçün mənzillərin inşa edilməsi və hədiyyə olaraq verilməsi onu göstərdi ki, dövlət başçımız jurnalistlərin sosial problemlərinin həllini daim düşünür və bu istiqamətində mərhələli addımlar atır: "İkinci binanın tikintisi və təqdimatı onu deməyə əsas verir ki, jurnalistlər dövlət başçımızın daim diqqət və qayğısı ilə əhatə olunub. Bu sərəncam hər bir jurnalist üçün bir sevinc payıdır. Eləcə də bu sərəncam yeni nəsil jurnalistləri üçün stimuldur. Hesab edirəm ki, gənc jurnalistlər də bundan bəhrələnəcəklər. Bu gün mətbuatın tutduğu mövqe və demokratik inkişaf yolunda atdığı addımlar cəmiyyətin ümumi inkişafına xidmət edir".

Komissiyanın sədri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxış edərək bildirib ki, bu il Milli Mətbuatımızın yaranmasının növbəti ildönümündə veriləcək binanın təməli 2013-cü ildə qoyulub. Bununla bağlı dövlətimizin başçısının müvafiq Sərəncamı olub. Artıq tikintisi başa çatdırılan bu binanın iyulun 22-də istifadəyə verilməsi gözlənilir.

Vüqar Səfərli qeyd edib ki, dünyanın heç bir yerində jurnalistlərə dövlət tərəfindən evlər hədiyyə olunmur. Dünyada son illər müşahidə olunan iqtisadi böhranlara və bunun Azərbaycan iqtisadiyyatından da yan keçmədiyinə baxmayaraq, Prezident İlham Əliyev bu məsələni diqqət mərkəzində saxladı və lazım olan vəsait ayrıldı.

Məlumat verilib ki, jurnalistlərə mənzillərin verilməsi ilə bağlı sənədlərin qəbulunu şəffaf və obyektiv həyata keçirmək üçün Prezident Administrasiyasının tövsiyəsi əsasında doqquz üzvdən ibarət komissiya yaradılıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə diqqətə çatdırıb ki, sevindirici haldır ki, cənab Prezident İlham Əliyev jurnalistlər üçün ikinci binanın tikintisi haqqında Sərəncam imzaladı: "Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan Prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev isə çıxış edənlərin nitqləri ilə həmfikir olduğunu bildirərək cənab Prezidentin jurnalistləri daim diqqət və qayğıda saxladığına görə təşəkkürünü bildirib.

Bundan sonra namizədlərin adları elan olunub. Sonra müzakirələr başlayıb. Çıxış edənlər adları siyahıda göstərilənlərlə uzun illərdir ki, bir yerdə çalışdıqlarını, onların namizədliklərinin verilməsində şəffaflığın təmin edildiyini bildiriblər. Beləliklə, namizədlərin adlarının siyahıya salınmasıyekdilliklə qəbul edilib.

İclas işini sona çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə