"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması soydaşlarımızın təşkilatlanmasının qarşısını almaq məqsədi daşıyır". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Rusiya çoxmillətli və çoxmədəniyyətli ölkədir: "Bu baxımdan diaspora təşkilatına dövlətin təzyiq mexanizmini işə salması Rusiya dəyərlərinə ziddir. Hesab edirəm ki, rəsmi Moskvanın bu addımı Azərbaycan dövlətinə və Rusiyada yaşayan azərbaycanlılara təzyiq kimi dəyərləndirilməlidir. Buna başqa ad vermək olmaz.
Belə çıxır ki, azərbaycanlıların təşkilatlanması və bir mərkəzdən idarə olunması rəsmi Moskvanı narahat edib və bunun qarşısını almaq üçün zəmin hazırlanıb. Daha sonra isə ÜAK maliyyə fırıldağında ittiham olunub. Məncə, burada məqsəd qeyd etdiyim kimi yalnız diasporanın genişlənməsinin qarşısını almaq olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB