Milli Məclisdə ölüm hökmünün bərpasına etiraz bildirilib

Milli Məclisdə ölüm hökmünün bərpasına etiraz bildirilib

Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib. SİA-nın məlumatına görə, iclasda çıxış edən S. Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: "Baxmayaraq ki, ABŞ-ın bəzi ştatlarında, Avropanın bəzi ölkələrində ölüm hökmü hələ də qalıb, Azərbaycanda isə ölüm hökmünü Ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bunun özü Ümumilli liderin və Azərbaycan xalqının humanizm prinsiplərindən irəli gəlir. Hesab edirəm ki, Allahın verdiyi canı yalnız Allah ala bilər. Bu ixtiyar bəndəyə verilməyib. Bu baxımdan ölüm hökmünün ləğvi məqsədəuyğundur. O ki qaldı cinayətə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir".

Bütün xəbərlər Facebook səhifəmizdə