Nizam Osmanov Moskvada konfransda iştirak edəcək

Nizam Osmanov Moskvada konfransda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının təşkili üzrə konfransda iştirak edəcək. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə