"OSA" zenit-raket kompleksinin məhv edilməsi bir mesajdır AÇIQLAMA
"Ermənistana ötürülən və oradan da Dağlıq Qarabağa gətirilərək ön mövqeyə çıxarılan "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşınının dəqiq raket zərbəsi ilə sıradan çıxarılması, ən azı 5 nəfərlik şəxsi heyətinin də məhv edilməsi xəbərdarlıqdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, ilk növbədə düşmənə edilən xəbərdarlıqdır ki, onlar gəlib bizim torpaqlarda 45 kilometr radiusda hava məkanımızı nəzarət altına almaq istəyərlərsə, cavabları bu olacaq:
"Ancaq bununla təkcə düşmənə deyil, ona "OSA" və digər hərbi texnikaları ötürənlərə də xəbərdarlıq edilir ki, separatçılar 9 mayda Moskva və Sankt-Peterburqun küçələrində "bayraq" adlandırdıqları öz əski parçalarını dalğalandıra, siz də bunu görməzlikdən gələ bilərsiniz, ancaq Ermənistana verdiklərinizin gətirilib işğal altındakı torpaqlarımızda yerləşdirilməsinə biz göz yummayacağıq. Eyni zamanda Azərbaycan ona qarşı yönələn digər addımları da cavabsız qoymayacaq. "OSA" zenit-raket kompleksinin məhz həmin addımlardan birinin atıldığı gündə, yəni mayın 15-də darmadağın edilməsi, fikrimcə, həm də bu demək idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB