Millət vəkili: “Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur” AÇIQLAMA

Millət vəkili: “Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur” AÇIQLAMA

"Rusiyada ermənilərə xidmət edən Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr fəaliyyət göstərir. Onlar Azərbaycan –Rusiya dostluq əlaqələrinin inkişafını həzm edə bilmirlər və daima buna qarşı yollar axtarırlar". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvini gündəmə gətirən də, məhz ermənilərə xidmət edən qüvvələrdir: "Ümumrusiya Azərbaycan Konqresi Rusiyada ən böyük qeyri- hökumət təşkilatıdır. Son zamanlar Rusiyadakı azərbaycanlılar konqresdə birləşərək, Azərbaycanın mövqeyini müdafiə edirlər. Azərbaycanlıların Rusiyada bir ideya ətrafında birləşməsini istəməyən və bundan qorxan qüvvələr bu məsələni gündəmə gətiriblər. Lakin qeyd etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında möhkəm təməllər üzərində formalaşmış dostluq münasibətləri mövcuddur və düşünmürəm ki, Rusiya dövləti belə bir addımın atılmasına imkan versin.

Məsələ ilə bağlı Milli Məclis və Rusiyadakı Rus icması Rusiyanın aidiyyati orqanlarına müraciətlər göndərib. Hər bir dövlətin öz qanunvericilik bazası var və ölkədə fəaliyyət göstərən təşkilatlar müəyyən olunmuş vaxtda lazımlı sənədlər təqdim edərək prosedur qaydaları icra etməlidir. Düşünürəm ki, Ümumrusiya Azərbaycan Konqresi də lazımlı sənədləri müvafiq quruma təqdim edəndən sonra, hamımızı narahat edən bu məsələ öz həllini tapacaq. Məsələnin böyüdülərək siyasiləşdirilməsinə ehtiyac görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə