Strasburqda Azərbaycan-Aİ əlaqələri müzakirə ediləcək

Strasburqda Azərbaycan-Aİ əlaqələri müzakirə ediləcək

Milli Məclisin deputatı Azər Kərimli mayın 15-də Fransanın Strasburq şəhərinə səfərə gedəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkili Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.

Söhbət zamanı ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin hazırki durumu və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər mayın 17-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə