Arzu Nağıyev: “Ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir” MÜNASİBƏT
"IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi islam dünyasının məhz Azərbaycan modelinin dünyaya göstərilməsidir. Məlumdur ki, dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, həm Avropa Oyunlarına, həm də İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir və bunu əməli surətdə sübut edir: "İqtisadi məsələlərə gəldikdə bu həm də turizmin və daha doğrusu qeyri–neft sektorunun inkişafı, idmanın inkişafı deməkdir. Hər bir turist və ya iştirakçı Azərbaycan həqiqətlərini görür, erməni təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən, tarixi ənənlərimizdən, mədəniyyətimizdən xəbərdar olur. Ən başlıca məsələlərdən biri də təbii ki, təhlükəsizlik məsələlərinin təşkilidir. Yəni belə miqyaslı tədbirlərdə iştirak üçün ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir və bunlar da yüksək səviyyədə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB