Tramp və Ərdoğan görüşünün tarixi bəlli oldu

Tramp və Ərdoğan görüşünün tarixi bəlli oldu

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mayın 16-da görüşəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti D.Tramp mayın 16-da prezident Ərdoğanı Ağ Evdə qəbul edəcək.

Görüş zamanı prezidentlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə