Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışmışdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrindən, hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və bu missiyanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən söz açıb.
Z.Abdullayev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış və ən çətin anlarda ona müraciət edib. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB