"Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatdı. Yəni hesab edirəm ki, Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədə çatdı". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin hər zaman bu cür əhəmiyyətli tədbirlərdə və forumlarda ilk olaraq qarşısına qoyduğu məqsəd - Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçıları olan dövlətlərin və beynəlxalq təşkilatların təmsilçilərinə məlumat vermək, Ermənistanın işğalçı bir ölkə olmasını bir daha diqqətə çatdırmaq, Azərbaycanın iqtisadi inkişafını göstərmək, ölkəmizin necə tolerant bir ölkə olmasını, dövlətimizin sülhü və bərabərliyi təbliğ edən ölkə olduğunu bir daha diqqətlərə çatdırmaqdır.
Forumda iştirak edən nümayəndələr ölkəmizin inkişafını və ölkədə mövcud olan təhlükəsiz yaşam tərzini, bütün dünya dinlərinin sərbəst şəkildə ibadət olunduğu bir ölkə olmasını gözləri ilə görmüş odular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB