"Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrin birinin zabit heyətinin yaşayış məntəqələrimizə və strateji obyektlərimizə ölkəmizə düşmən qüvvələrin xarici kəşfiyyat dəstələrinin müdaxiləsinə şərait yaratması faktı çox üzücüdür. Həbs olunan bir qrup zabit genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırılmasında və Bakı şəhərində sabitliyi pozmaq cəhdlərində ittiham olunurlar. Onlar törətdikləri cinayət əməllərinə Tərtər rayonunun mülki şəxslərini cəlb ediblər". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, erməni tərəfi ilə sıx əlaqələr quran bu cinayətkar dəstə dövlət sirrlərini və hərbi mövqelərimiz barədə məlumatları düşmənə ötürməkdə ittiham olunurlar: "Bu xainlər cəzasızlıqlarına əmin olduqları üçün hətta erməni tərəfi ilə iqtisadi münasibətlər qurmağa nail olub, bir – birilərinə narkotik maddələr, ərzaq və digər gündəlik təlabat mallarını ötürməkdən belə çəkinməyiblər. Belə bir dəstənin aşkar olunması onu deməyə əsas verir ki, bu qrup uzun müddətdir ki, fəaliyyət göstərib və onların uzantıları daha da yuxarılara gedir. Mən dəfələrlə yazılarımda 5-ci kolonun çox təhlükəli olmasını qeyd etmişəm. Əslində bu kolonun tərəfdarları və birbaşa nümayəndələri açıq şəkildə sosial şəbkələrdə özünü büruzə verir və mətbuatda mütəmadi olaraq bağlı olduqları dairələrin maraqlarına xidmət edirlər.
İnsanlar bir günün içərisində xain olmurlar. Bu sahədə yetişmək üçün xüsusi təlim və təbliğat olmasa, insan vətənini qatı düşmənə satmağa hazır olmaz. Ən azından belə şəxslərdə Vətənə nifrət uzun müddət aşılanmalıdır ki, insan bu alçaqlığa hazır olsun. Demək bu şəbəkənin üst qatı hələ də maskalanaraq aramızda gəzməkdə, bizimlə bərabər strateji orqanlarda çalışmaqdadırlar. Onlarıın əlləri o qədər uzundur ki, belə bir strateji bölgədə çirkin niyyətlərini qismən də olsa gerçəkləşdirə biliblər. Ölkədə hərbi şəraitin olması səbəbindən dövlətə və Vətənə xəyanət etmiş insanlar barəsində çox ciddi ölçülərin götürülməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB