Azərbaycanın Brzaziliyadakı səfirliyi məlumat yaydı

Azərbaycanın Brzaziliyadakı səfirliyi məlumat yaydı

Bu gün Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla (Leila Bijos) görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqqında, eləcədə Azərbaycan iqtisadiyyatı, xarici siyasəti, həyata keçirilib və icrada olan regional və beynəlxalq layihələr haqqında geniş məlumatı ehtiva edən təqdimatdan sonra məmurlarla birlikdə Çıraqov və digərləri Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını ətraflı müzakirə edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Braziliyalı hüquqşunasların marağını cəlb etmiş və Səfir Elxan Poluxov tərəfindən çox saylı suallar cavablandırılıb.

Tədbir əsnasında, qonaqlara ölkəmiz haqqında qısa film nümayiş etdirilmiş və məlumat qovluqları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə