Cəlil Xəlilov: “Təlimlər Azərbaycan əsgərinin, zabitinin güclənməsinə xidmət edir” AÇIQLAMA - SƏS TV

Cəlil Xəlilov: “Təlimlər Azərbaycan əsgərinin, zabitinin güclənməsinə xidmət edir” AÇIQLAMA - SƏS TV

"Ümumiyyətlə Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi çox böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı təlimlərin təşkili haqqında xüsusi müqavilə var: "Bizim ordunun zabitləri, əsgərləri Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər və ən müasir texnikaların belə istifadəsini orada nümayiş etdirirlər və s. Eləcə də Azərbaycanda keçirilən təlimlərdə Türkiyə ordusunun rəhbər zabitləri, texnikası təlimlərə qatılırlar. Təbii ki, bu təlimlər də Azərbaycan ordusunun möhkəmlənməsinə, orada xidmət edən zabit və əsgərlərin döyüş hazırlığının yüksədilməsinə xidmət edən bir amildir. Heç şübhəsiz ki, bundan narahat olan qonşu ölkələr var. Məsələn, bizim heç bir ölkəyə qarşı torpaq iddiamız yoxdur, həmçinin heç bir ölkəyə hücum etmək marağımız yoxdur.

Biz bu gün ancaq öz müdafiə qabiliyyətimizi gücləndirməyə hazırlaşırıq. Biz erməni işğalı altında olan torpaqlarımızı geri qaytarmaq iqtidarına malikik. Bu gün Azərbaycan ordusu ən müasir texnikalara sahibdir. Hətta Qafqazda ən güclü ordu sayılır. Bu kimi təlimlərin keçirilməsi də Azərbaycan əsgərinin, zabitinin güclənməsinə xidmət edən amillərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə