Ərdoğan Küveytə səfər edəcək

Ərdoğan Küveytə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Küveytə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan Türkiyə şirkəti tərəfindən tikiləcək Küveyt Beynəlxalq Hava Limanının yeni terminalının təməlqoyma mərasiminə qatılacaq.

Daha sonra o, Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah ilə təkbətək və heyətlərarası görüşlər keçirəcək. Görüşlərdə Küveyt ilə ikitərəfli əlaqələr, həmçinin regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə