Azərbaycan səfiri Rumıniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan səfiri Rumıniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyovun mayın 5-də bu ölkənin xarici işlər naziri Teodor Meleşkanu ilə görüşündə ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Rumıniya tərəfi son zamanlar iqtisadi əlaqələrdə müsbət tendensiyanı nəzərə alaraq hökumətlərarası komissiyanın görüşünü tezliklə təşkil etməyin əhəmiyyətini qeyd edib. Biznes forumun keçirilməsi, enerji və nəqliyyat sahələrini nəzərdə tutan regional layihələrdə birgə iştirak təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə