"Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" Panel
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib. SİA-nın xəbərinə panelə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov moderatorluq edib.
S.Seyidov bildirib ki, dünyanın ağır vaxtında, genişlənən problemlər zamanı yeni yanaşmaya ehtiyac var: "İslamafobiya, insan alveri və digər xoşagəlməz hallar indiki dünyamızın fəsadlarındandır. Bir siyasətçi kimi bunun qarşısını necə ala bilərik sualı ətrafında müzakirə aparıb buna qlobal müstəvidən baxmalıyıq. Ümidvaram ki, paneldə mövzu ətrafında müzakirələr apara biləcəyik".
Paneldə çıxış edən ilk məruzəçi Cibuti Respublikasının Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd forumun təşkilatçılarına öz təşəkkürünü bildirərək qonaqlara ölkəsini salamlarını çatdırıb.
O bildirib ki, Cibuti həm Afrika, həm də Ərəb mədəniyyətlərinin görüşdüyü məkandır: "Bu baxımdan biz mədəniyyətlərarası dialoqu hər gün qururuq. Bu bizi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin biz parlament nümayəndələri olaraq bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Parlamentlər bu işdə aparıcı qüvvəyə çevrilə bilərlər. Eyni zamanda qanunvericilik orqanları hökümətləri də təsir etmək imkanına malikdirlər. Bununla yanaşı bizim məsuliyyətimizi imkanlarımızdan az deyil. Biz ictimai və seçicilərimizin mövqeyini, rəylərini nəzərə alaraq beynəlxalq təcrübələrdən istifadə etməklə mədəniyyətlərarası dialoqa nail olmalıyıq".
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqu bərqərar etmək üçün ədalət prinsipləri üstün tutulmalıdır.
Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek forumda belə bir mövzunun müzakirəsi çox mühüm əhəmiyyət kəsb edir:"Biz burada gələcək planetimizin necə qorumalıyıq sualı ətrafında müzakirələr aparacağıq. Biz minimal şərtlərə əməl etməklə istədiyimiz cəmiyyətdə yaşaya bilərik. Roma imperiyası ilk qloballaşmış cəmiyyət olub, müxtəlif dinlər, xalqlar birgə olub: "Dinlər, xalqlar müxtəlif olsa da, onları birləşdirən qədim Roma qanunları idi. Demokratiya bu istiqamətdə ikinci əsas prinsipdir. Başqa sözlə, demokratiya pis variantlar arasında nisbətən yaxşı olan seçimdir. Parlamentdə qəbul olunan qanunların tətbiqi, dövlətlər arasında imzalanan sazişlərin həyata keçirilməsi vacibdir. Parlamentlər mədəniyyətlərarası əlaqələrin qurulmasında iştirak edir. Məsələn, Çexiya parlamentinin Azərbaycan parlamenti ilə əlaqəsi var. Biz mədəniyyətlərdə bizi birləşdirən dəyərləri axtarmalıyıq. Biz bir-birimizdən çoxlu şeyləri öyrənə bilərik. Qloballaşma nəticəsində udan və uduzan olmamalıdır. Yerli mədəniyyət meqamədəniyyətlə zənginləşməlidir. Qloballaşmanın ağlabatan şəkildə tənzimlənməsinə böyük ehtiyac var. Beynəlxalq münasibətlərdə azadlıqlar hamıya eyni səviyyədə şamil olunmalıdır. Ancaq mən hansısa ənənələrin başqa cəmiyyətlərə qəbul etdirilməsinin tərəfdarı deyiləm. Körpüləri yandırmaqdan onları tikmək daha yaxşıdır. Biz məsuliyyət və qarşılıqlı ehtiramla mədəniyyətlərarası dialoqu yarada bilərik".
Pakistan Milli Assambleyası sədrinin müavini Murtuz Caved Abbasi söyləyib ki, dünyada baş verənlər parlamentlərə də öz təsirini göstərir ki bu da münaqişələr üçün münbit şərait yaradır: "Müxtəlif mədəniyyətlərin, xalqlar arasında birliyin yaradılması çox önəmlidir. Eyni fikirlərlə razılaşmasaq belə bir - birimizi dinləməyi bacarmalıyıq. İnklüziv üzv dialoqun genişləndirilməsi çox vacibdir. Çünki bu bir başa cəmiyyətə təsir edə bilir. Mədəniyyətlərarası dialoq həm münasibətləri həm də mədəni körpülərin yaradılmasında rol oynaya bilər. Biz millət vəkilləri olmaqla elçilik funksiyasını yerinə yetirə bilərik. Eyni zamanda aramızda qarşılıqlı anlaşma körpülərin yaradılmasında böyük imkanlara malikdir. Biz daha əlverişli şəraitdə əməkdaşlığımızı davam etdirməklə tolerantlıq dəyərlərin üstünlüyünə çalışmalıyıq".
Birləşmiş Krallıq Parlamentinin Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur mədəniyyətlərarası dialoqun əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, müxtəlif ölkələr arasında əlaqələr geniş olub olmaması o qədər də əhəmiyyətli deyil, lakin mədəni,din, dil mirasına malik olan icmaların təmsil olunması vacibdir. Söz vicdan azadlıqları ön plana çəkilməlidir. Beynəlxalq konvensiyalara qoşulmaq vacibdir. Lakin müxtəlif mədəniyyətlərin bir yerdə yaşaması həmin ölkələrin inkişafına daha da geniş şərait yaradır. Əgər parlamentdə siz seçiciləriniz təmsil etmirsizsə, bu iş boşa çıxacaq".
Zahidə Pərvin Mənsur söyləyib ki, bəzi ölkələr mədəni körpülərin bərqərar edilməsinə şərait yaratmağa çalışsalar da, biz bu işdə görülən səyləri daha da artırmalıyıq: "Bu məqsədlərə təhsil proqramlarının genişləndirilməsi ilə nail olmaq mümkündür".
Son məruzəçi olan ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer qeyd edib ki, ədalətsizlik harada baş verirsə versin hər birimiz buna narazı olmalıyıq: " Mübarizə hər kəs üçün aparılmalıdır".
R.Mark Şnayer qeyd edib ki, ABŞ konqresinin 40 faizini qaralar, müsəlmanlar, hindular və digərləri təşkil edir:" Bir çoxları bunu qəbul etmir. Lakin nəzərə alaq ki, ABŞ-da da hər şey dəyişir. ABŞ-da hazırda islamofobiya baş alıb gedir. Müsəlmanlar qurumlarına məscidlərə təzyiq artır. Müsəlmanlara qarşı ritorika baş alıb gedir. Bundan ən çox narahat olanlar konqresinin yəhudi üzvləridir. Onlar ABŞ-dakı müsəlmanları qoruyan ilk nümayəndələrdir. Konqresdə 45 yəhudi uzvümüz var. Onlar müsəlmanlara qarşı qəbul edilən qanunların qarşısına çıxırlar. Azərbaycan çox gözəl ölkə olmaqla yanaşı müsəlman aləmində paradiqma, nümunədir. Azərbaycanda müxtəlif dinlərarası əməkdaşlığın bariz nümunədir. Lakin bunu ABŞ-da hər kəs bilmir. Lakin mən bu sirri saxlayan deyiləm və ABŞ-da bunu yaymağa çalışacam. Müsəlman ölkələr arasında nümunəvi ölkə Azərbaycandır".
Panel sual cavab əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB