Səməd Seyidov Ukraynaya səfər edəcək

Səməd Seyidov Ukraynaya səfər edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynaya səfərə gedəcək. MM-dən APA-ya verilən məlumata görə, deputat Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq. Səfər mayın 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə