Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qırğızıstanın Oş vilayətində torpaq sürüşməsi ilə əlaqədar çox sayda insanın həlak olması ilə nəticələnən faciə ilə bağlı Qırğızıstanın Bakıdakı Səfirliyini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, Xələf Xələfov Azərbaycan Respublikası Hökuməti adından Qırğız Respublikası Hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlar və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Həmçinin, Səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan Respublikası Hökuməti adından başsağlığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB