Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir FOTOLAR - SƏS TV

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir FOTOLAR - SƏS TV

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Xatırladaq ki, mayın 1-də hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. SİA-nın verdiyi məlumata görə, bu gün KİV nümayəndələri hərbi təlimləri izləyiblər.

Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə