"Əgər məqsədəuyğun olarsa, KXDR lideri Kim Çen İnlə görüşməyə hazıram." Bu barədə ABŞ Prezidenti Donald Tramp "Blumberq" televiziyasının xəbərlər xidmətinə müsahibəsində deyib. Telekanal qeyd edir ki, bu sözlər Pxenyanın nüvə proqramı ətrafında artan gərginlik fonunda səslənib. Kim Çen İn atasının ölümündən sonra heç bir xarici liderlə bir dəfə də olsa, görüşməyib və öz ölkəsinin hüdudlarından kənara ayaq basmayıb.
"Siyasətlə məşğul olan insanların əksəriyyəti heç vaxt belə deməzdilər, amma mən sizə deyirəm, şərtlər münasib olarsa, mən onunla görüşərdim, - deyə Tramp bildirib. – Buyurun, bu da sizin üçün təzə xəbər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB