İlham Əliyev yeni seçilmiş Prezidenti təbrik edib

İlham Əliyev yeni seçilmiş Prezidenti təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Albaniya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab İlir Metaya məktub:

"Hörmətli cənab Meta, Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə