İlham Əliyevdən Almazbek Atambayevə məktub

İlham Əliyevdən Almazbek Atambayevə məktub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə məktub göndərib. Məktubda deyilir:

Hörmətli Almazbek Şarşenoviç,

Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə