Bu gün Bakı Slavyan Universitetində (BSU "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub.
Konfrans BSU-nun və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə dövlət himni səsləndirilib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Təhsilə və elmə yiyələnməyin vacibliyini vurğulayan Nurlana Əliyeva gənclərin mənəvi tərbiyəsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi, yaxşı bilməyən gənc vətənpərvər ola bilməyəcəyini deyən rektor bu konfransın məhz belə bir məqsədə xidmət etdiyini vurğulayıb. O, konfrans iştirakçılarına uğurlar arzulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra Ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş olunub.
Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və digərləri çıxış edərək, ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahədə görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən söz açıblar.
Bildirilib ki, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Konfrans işini dörd bölmədə davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB