Nuranə Şıxəliyeva: "Bu, qərəzçilikdən başqa heç nə deyil" MÜNASİBƏT

Nuranə Şıxəliyeva: "Bu, qərəzçilikdən başqa heç nə deyil" MÜNASİBƏT

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar çıxarması qəti şəkildə pislənilməlidir". Bu barədə SİA-ya Azərbaycan Alpaqut Federasiyasının İctimai-təşkilati məsələlər üzrə departament rəhbəri Nuranə Şıxəliyeva AŞPA-nın Türkiyə ilə bağlı siyasi monitorinq tətbiqi qərarına münasibətini bildirərkən deyib.

"Türkiyədəki demokratik dəyərlərin və uzun illərdən fəri formalaşmış dövlətçilik ənənələrinin AŞPA tərəfindən "siyasi nəzarətə" götürülməsi qəbuledilməz bir haldır"-deyə qeyd edən Nuranə Şıxəliyevanın dediyinə görə, 2004-cü ildə Türkiyə Respublikası üzərindən siyasi monitorinqin götürülməsi də sübut edir ki, bu ölkədə mövcud siyasi mühit Avropa dəyərlərinə cavab verir: "Yenidən monitorinq tətbiqi isə qərəzçilikdən başqa heç nə deyil".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə