Politoloq: “Bizlərə düşən qardaş Türkiyənin yanında olmaqdır” AÇIQLAMA

Politoloq: “Bizlərə düşən qardaş Türkiyənin yanında olmaqdır” AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" ilə bağlı qəbul olunan qərar Türkiyə hakimiyyətinə qarşı təzyiq vasitəsidir. Qərarın maddələrini müzakirə etmədən əminliklə deyə bilərəm ki,Avropada insan haqqları ilə bağlı mövcud durumu incələsək hətta NATO üzvü olan bir çox ölkələrdə demokratiya ilə bağlı ciddi problemlərin yaşandığının şahidi olarıq". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Türkiyədə çox ciddi siyasi islahatların və proseslərin getdiyi bir zamanda ölkənin taleyini və müqəddəratını təyin etməsini əngəlləmək cəhdləri özünü insan haqqlarının qoruyucusu kimi tanıdan Avropa təsisatlarına yaraşmayan hərəkətdir: "Türkiyədə baş verən proseslər kənar müdaxilələr olmadan xalqın öz istəyi ilə həyata keçirilir. Türk xalqı böyük dövlətçilik ənənəsi və şərəfli tarixi keçmişi olan bir dövlətin sahibidir. Bu gün hər kəs onların verdiyi qərarlara hörmətlə yanaşılmalı və sayqı göstərməlidir. Əgər türk milləti yanlış qərar vermiş olsa belə bu onların öz seçimi və öz yoludur. Bizlərə düşən isə qardaş Türkiyənin yanında olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə