Elmar Məmmədyarov XİN-in üçtərəfli görüşündə iştirak edəcək

Elmar Məmmədyarov XİN-in üçtərəfli görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə