Ekspert: “İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi dünyaya mesajdır” MÜNASİBƏT

Ekspert: “İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi dünyaya mesajdır” MÜNASİBƏT

"Son 10 ildə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə onlarla beynəlxalq tədbir keçirilib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu tədbirlər bir istiqamətdə deyil, bir neçə istiqamətdə reallaşıb. Siyasi, iqtisadi, mədəni beynəlxalq forumların sırasına həm də idman sahəsi də əlavə edildi". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarından sonra bütün dünya ölkəmizi daha yaxından tanımış oldu: "Formula I yarışları isə bu tanıtıma xüsusi rəng qatdı. IV İslam Həmrəylik oyunları bu mənada daha strateji hədəfi məqsədləyib. Bilirsiniz ki, dünyada, xüsusən də, Avropada islamafobiya geniş şəkildə yayılmaqdadır. Dünyada baş verən az qala bütün terrorları islamla əlaqələndirirlər. Yaxın Şərqin viran edilməsi ilə bağlı Qərbin son 10 ildə apardığı siyasət hədəfin islam dini olduğunu bir daha sübut etmiş oldu. Belə bir məqamda sırf islam aləminə aid oyunların Bakıda keçirilməsi dünyaya mesajdır. Dünya bir daha islam dinin sülh, əminamanlıq dini olduğunu qəbul edəcək. Bu yarış həm də ölkəmizdə mövcud olan tolerant mühitin dünyaya nümayişi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə